Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi heyvan xəstəliklərinə qarşı peyvəndlərin satınalması müsabiqəsinin qalibini açıqlayıb.
Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, tenderin qalibi olan "PLASTPROF" MMC 1 974 203 manat dəyərində peyvənd dozalarını agentliyə verməlidir.
Peyvəndlər heyvanların bruselyoz, quduzluq, donuzların taunu, atların rinopnevmoniya və qrip xəstəliklərinə qarşı nəzərdə tutulub.
Tədarük olunacaq peyvəndlər:
- Vəhşi heyvanlar və sahibsiz itlər üçün quduzluq xəstəliyinə qarşı tələ yemi - 1 005 000 doza;
- Atların rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndlər - hər biri 1 000 doza;
- Donuzların taun xəstəliyinə qarşı peyvənd - 9 200 doza;
- Bruselyoz xəstəliyinə qarşı REV-1 ştam peyvəndləri - 50 dozalıq: 795 000 doza, 25 dozalıq: 530 000 doza.
Aqil Vəlili