Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
AMB inflyasiya proqnozlarını yeniləyib
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,5%, 2026-cı ildə isə 3,8% ətrafında olacağı gözlənilir.
Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.
"Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl AMB bu il üçün 5,8% illik inflyasiya proqnozlaşdırırdı.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar