Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

10 yaşlı Yusifin dəstəyə ehtiyacı var: Müalicəsi geciksə, görmə qabiliyyətini tamamilə itirəcək
On yaşlı Yusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Əsgərova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir:
"Yusifin on yaşı var. O, anadangəlmə serebral iflicdən əziyyət çəkir. Bir il öncə torpağımı sataraq onu İrana müalicəyə apardım. Həkim orada Yusifin başına maye yığıldığını və təcili əməliyyata ehtiyacı olduğunu dedi. Biz ötən ilin oktyabr ayında yenidən İrana gedərək onun əməliyyatını etdirdik. Hazırda həkimlər Yusifin başına yenidən maye yığıldığını deyirlər. Bu, Yusifin görməsinə də ciddi əngəl törədir. Müalicələri vaxtında etməsək, Yusif görmə qabiliyyətini tamamilə itirə bilər. Hazırda onun müalicələrini etməyə və eynəyini almaq üçün 600 manata ehtiyacımız var".
Günel Əsgərova övladlarına təkbaşına baxdığını deyib:
"Mənim Yusifdən əlavə iki övladım da var. Onların atası illər əvvəl bizdən ayrılıb, özünə yeni həyat qurub. Övladları ilə maraqlanmır, heç bir dəstəyi də yoxdur. Özüm ikinci qrup əliləm, bir qolum işləmir. Buna görə də iş tapıb işləyə bilmirəm. Yusiflə mənim pensiyama dolandıra bilirəm uşaqlarımı. İnanın, uşaqlarımı bir qarnı ac, bir qarnı tox böyüdürəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımın müalicəsi üçün köməklərini əsirgəməmələrini xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 819-60-21.
Kapital Bank: 4169 7388 9040 8358.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 667 balla Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş Pərvin beyin qanaması keçirib: Kömək gözləyir
- Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var
- 2 yaşlı körpə ölümlə mübarizə aparır - Onun sizin köməyinizə ehtiyacı var
- 17 yaşlı Röyalın anası: "Günlərdir dönər istəyir, onu belə ala bilmirəm"
- İki ağır xəstəliklə mübarizə aparan Nurayın dəstəyə ehtiyacı var