Asiya İnkişaf Bankı (AİB) Azərbaycana “Azərbaycan yol şəbəkəsinin ikinci inkişafının Proqramı” (Second Road network development program) üçün ikinci tranşı ayırmağa hazırdır.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə bankın məlumatında deyilir.
Məlumata əsasən AİB menecmenti artıq may ayının 28-də MFF ikinci tranşın təqdimi üçün məsələnin icmalına hazırdır.
“Artıq 23 may tarixində bank ikinci tranş üzrə iş üçün potensial podratçıların ilkin təsnifləşdirilməsinə başlayıb. Müqavilənin yerinə yetirilməsi plan üzrə 14 iyuldan başlamalıdır”, - məlumatda deyilib.
AİB-in ikinci tranş kreditinin həcmi 250 milyon dollardır. Hökumətin payı (82 milyon dollar) sayəsində tranşın işçi proqramın ümumi büdcəsi 332 milyon dollar olacaq. Bu vəsaitin hesabına Masallı-Şorsulu avtomobil yolunun, 33 kilometrlik Cəlilabad-Şorsulu sahəsi rekonstruksiya ediləcək.
Öncə Bankın Bakı nümayəndəliyində MFF ikinci tranşı 2014-cü ilin sonuna qədər ayrıla bilər.
Asiya İnkişaf Bankının idarə heyəti 2012-ci ilin oktyabr ayının 25-də “Masallı-Astara avtomobil yolunun ikinci rekonstruksiya proqramı”nı təsdiq edib. Proqram üzrə kreditin həcmi 500 milyon dollar olacaq. Maliyyələşdirmə iki eyni məbləğli tranş vasitəsilə həyata keçiriləcək. Birinci tranş proqram ilə eyni zamanda qəbul edilib. İkinci tranşın qəbul edilməsi 2014-cü ilin oktyabr ayına nəzərdə tutulmuşdu.
Yeni yol proqramı yeni 63 kilometrlik Masallı-Şorsulu avtomobil yolunun tikilməsinə yönəlib. Yeni 4 zolaqlı yolun tikilməsi 2025-ci ilə qədər yükdaşımalarda meydana gələcək tələbatın ödənməsinə istiqamətlənib.
Maliyyələşdirmənin birinci tranşı Masallı-Cəlilabad (30 km), ikinci isə Cəlilabad-Şorsulu (33 kim) sahəsinin tikilməsinə sərf ediləcək.