Hazırda gündəliyimizdə TANAP var. Dəyəri 8 milyard dollardan çox olan bu strateji layihə üçün 1 milyard avro dəyərində maliyyə dəstəyi tələb olundu.
Oxu.Az xəbər verir ki, bu sözləri Avropa İnvestisiya Bankının direktor müavini Pim van Ballekom Anadolu agentliyinə bildirib.
O, əlavə edib ki, biz maliyyələşdirməni birdəfəlik deyil, mərhələli şəkildə həyata keçirəcəyik.
Direktor müavini həmçinin qeyd edib ki, Türkiyə üçün enerjinin təhlükəsizliyinin diversifikasiya olunması çox vacibdir.
12:55
Avropa İnvestisiya Bankı Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqli üçün inşa olunan TANAP boru kəmərinin inşası üçün 1 milyard avro kredit ayıracaq.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bu boru kəmərinin Türkiyənin Neft Şirkəti olan “BOTAŞ”ın TANAP-dakı payının maliyyələşdirilməsi üçün ayrılacaq.
Qeyd edək ki, kreditin verilməsi ilə bağlı detallar isə hələ ki açıqlanmayıb.
Xatırladaq ki, bankın direktor müavini Pim van Ballekom dünən Türkiyədə olub və hökumətin rəsmiləri ilə görüşüb.
Ülviyyə R. Əli
www.oxu.az