Bakıda qadınlara qarşı cinayət törədilib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhər sakinləri Zümrüd Kərimovaya məxsus içərisində 320 manat, mobil telefon və sənəd olan pul kisəsi və Zemfira Maznovaya məxsus içərisində 60 manat və açar olan pul kisəsi soyğunçuluq yolu ilə alınıb.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Salyan rayon sakini Ramil Səfərov tutulub.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az