Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropada iqtisadi sürpriz: İsveçrə inflyasiyanı sıfırladı
İsveçrə Statistika İdarəsinin məlumatına görə, 2025-ci ilin aprel ayında ölkədə illik istehlak qiymətlərinin artımı 0% təşkil edib. Bu, 2021-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu vəziyyət İsveçrə Milli Bankının əsas faiz dərəcəsini mənfi həddə endirə biləcəyi ilə bağlı proqnozlara səbəb olub.
Mütəxəssislər inflyasiyanın yavaşlamasını İsveçrə frankının güclənməsi və idxal olunan malların, o cümlədən enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi ilə əlaqələndirirlər.
Qeyd edək ki, İsveçrə Milli Bankı 2014-cü ildən 2022-ci ilin sentyabrınadək mənfi faiz dərəcəsi siyasəti aparıb. Təxminən üç il əvvəl isə əsas faiz dərəcəsini 0.5%-ə qaldırıb. Hazırda faiz dərəcəsi 0.25% təşkil edir ki, bu da 2022-ci ilin sentyabrından bəri ən aşağı səviyyədir.
Hazırda dünyada mənfi faiz dərəcəsi olan ölkə yoxdur, baxmayaraq ki, müxtəlif illərdə Danimarka və Yaponiyada bu cür səviyyə müşahidə edilib.
"İsveçrə" teqi üzrə xəbərlər
- "SOCAR" İsveçrədə elektrikli yük avtomobilləri üçün ilk sürətli enerjidoldurma stansiyasını açdı
- İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi
- Lələkli qayda pozucusu: İsveçrədə ördək iki dəfə sürət həddini aşdığı üçün "radara" düşüb
- Sağalmaz xəstə olan Selin Dion 37 ildən sonra "Avroviziya" səhnəsində çıxış edə bilər
- İsveçrədə qadın başqasının pişiyini yemlədiyinə görə məhkəməyə verildi