Bakı Limanında Azad Ticarət Zonasının yaradılmasına sərmayə qoyulması ilə bağlı Azərbaycan hökuməti tərəfindən bizə təklif səsləndirilib. Bizə bir neçə ay lazım olacaq ki, bu məsələni nəzərdən keçirək və texniki tərəflərini öyrənək.
Oxu.Az xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti bu gün təşkil edilən mətbuat konfransında jurnalistlərə deyib.
”Biz Azərbaycan hökumətinin nümayəndələri ilə dünən təşkil edilən görüşdə də mövqeyimizi bir daha bildirdik ki, bəli, bu maraqlı bir ideyadır, biz buna baxa bilərik, sadəcə texniki baxımdan biz bunu öyrənməliyik.
“AYİB digər ölkələrdə Azad Ticarət Zonasının yardılmasında iştirak edib və bunun bağlı belə bir təcrübəsi var. Lakin bir daha vurğulamaq istərdim ki, sırf bu məsələyə gəldikdə, biz bunun iqtisadi tərəflərini nəzərdən keçirməliyik”, - deyə bankın prezidenti qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az