“Azərbaycan Hava Yolları” (AZAL) özünün AZAL Miles bonus proqramı çərçivəsində yeni aksiyaya start verir.
Aprelin 1-dən 1 iyun 2016-cı il tarixinədək Berlin və Parisə uçan proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.
Bu barədə şirkətdən Oxu.Az-a bildirilib.
Bakı-Paris-Bakı aviareysləri həftədə 4 dəfə - çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq hava limanından uçuş Bakı vaxtı ilə səhər saat 06:35-də, Şarl de Qoll hava limanına eniş isə yerli vaxtla saat 10:05-də. Parisdən uçuş – yerli vaxtla saat 11:25-də, Heydər Əliyev hava limanına enmə Bakı vaxtı ilə saat 18:35-də.
Martın sonundan etibarən bərpa edilən Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa reyslər həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirilir.
Heydər Əliyev Beynəlxalq hava limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq hava limanına enmə - yerli vaxtla saat 09:55-də.
Berlindən uçuş – yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq hava limanına enmə - Bakı vaxtı ilə saat 17:25-də.
Paris və Berlinə aviareyslər biznes və ekonom salonlu komfortlu “Airbus A320” və “A319” laynerləri ilə həyata keçirilir.
AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib.
https://www.azal.az/az/azal-miles/miles-programme
Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:
http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az
Ülviyyə R. Əli
www.oxu.az