Azərbaycan Pensilvaniya Universiteti nəzdində Uorton Biznes Məktəbi ilə birgə hazırlanmış US News & World Report versiyası üzrə biznes üçün əlverişli ən yaxşı ölkələr sırasına daxil olub.
Oxu.Az-ın məlumatına görə, reytinq Davosda Ümumdünya İqtisadi Forumunda təqdim olunub.
10 mümkün baldan 3,8-ni toplayan Azərbaycan Qazaxıstan, İran, Rusiya və Türkiyə kimi, həmçinin Səudiyyə Ərəbistanı, Ukrayna, Misir, CAR, Argentina və bir çox başqa ölkələri qabaqlayaraq 43-cü yerdə qərarlaşıb.
“Biznesin şəfaflığı reytinqi” bir sıra göstəricilər; korrupsiya, vergi sistemi, bürokratiya, məsuliyyət və hakimiyyətin şəffaflığı nəzərə alaraq tərtib edilib.
Qeyd edək ki, reytinqin ilk beşliyində Lüksemburq, İsveç, Kanada, Danimarka, Panama yer alıb.
Ülviyyə R. Əli
www.oxu.az