Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan bu il 230 milyon dollarlıq neft məhsulları ixrac edib
Cari ilin yanvar-iyul aylarında Azərbaycan 230.313 milyon ABŞ dolları dəyərində 332 340.61 ton neft məhsulları ixrac edib.
APA-nın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 32.4%, həcmi isə 43.3% azalıb.
Xatırladaq ki, ötən il Azərbaycan 572.210 milyon ABŞ dolları dəyərində 925 225.07 ton neft məhsulları ixrac edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8.5%, həcmi isə 20.0% artıb.