Rusiyanın Başqırdıstan Respublikasında bədbəxt hadisə baş verib.
Meleuzovski rayonundakı Nuquş hidrotexniki qovşağında 71 yaşlı kişi batıb.
Bu barədə Oxu.Az "112" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, suburaxıcı qurğunun yaxınlığında üzən kişi təhlükə zonasına qədər olan məsafəyə diqqət yetirməyib. Nəticədə güclü su axını kişini özünə çəkib və sürükləyib. Kişinin üzüb çıxmaq kimi şansı olmayıb.
Hazırda hadisə yerində xilasedicilər və dalğıclar işləyirlər. Cəsəd hələ də tapılmayıb. Dalğıclar çayın dibində axtarış aparırlar.
Qeyd edək ki, bu ərazidə çimmək qadağandır və ətrafda bununla bağlı çox sayda işarələr və xəbərdarlıqlar mövcuddur.
Rəylər