Martın 3-də Bakı şəhərində Azərbaycan-Çexiya Biznes Forumunun keçirilməsi nəzərdə tutulur.
Bu barədə Oxu.Az-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Qeyd edək ki, forum Çexiyanın Sənaye və Ticarət naziri cənab Yan Mladekinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacağı gözlənilir. Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 40-a yaxın Çexiya şirkətinin iştirakı nəzərdə tutulur.
www.oxu.az