Fevralın 24-ü gecə saat 11-dən etibarən Dilarə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Oxu.Az-a bildirilib ki, alternativ yol kimi 28 May, Nizami, Rixard Zorge, Puşkin küçələrindən istifadə etmək məsləhət görülür.
Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 3 gün müddətinə həmin hissə bağlı olacaq.
Xatırladaq ki, sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.