Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan Dünya Bankı ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
Azərbaycan və Dünya Bankı arasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tərəfdaşlıq müzakirə edilib.
Oxu.Az xəbər verir ki, xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir Mikayıl Cabbarov Bankın Avropa və Mərkəzi Asiya üçün dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüş keçirib. Görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Birgə layihələrin ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, infrastruktur, bərk məişət tullantılarının idarə edilməsi, kənd təsərrüfatı və digər sahələrə töhfə verdiyi vurğulanıb. Bankla potensial əməkdaşlıq sahələri, növbəti illər üzrə prioritet layihələr, ölkəmizdə həyata keçirilən bərpa olunan enerji layihələri, məşğulluğa dəstək istiqamətində atılan addımlar, eləcə də dövlətə məxsus müəssisələrin dəstəklənməsi istiqamətində Bankın apardığı araşdırmalar barədə məlumat verilib, COP29 çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.
Tərəflər "Yaşıl və dayanıqlı şəhərlər" layihəsi çərçivəsində birgə fəaliyyət, Bakının su təchizatı və kanalizasiya sistemlərinin bərpası, kənd təsərrüfatı və irriqasiya sistemlərində smart həllər, həmçinin 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivə sənədi barədə fikir mübadiləsi aparıblar. Sənəd Milli Prioritetlərə uyğunlaşdırılmış investisiya proqramları və texniki yardımı əhatə edir.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
- "PAŞA Holding"in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding"in ilk tədbiri baş tutub
- Mikayıl Cabbarov Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirib
- Mikayıl Cabbarov "Business Talks" haqqında paylaşım edib
- Mikayıl Cabbarov Ercan Turan ilə görüşüb