Sinqapur iki ölkənin sahibkarları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün keçirilən Azərbaycan-Sinqapur biznes forumunda Sinqapur nümayəndə heyətinin rəhbəri, "Kenetics Innovations" şirkətinin icraçı direktoru Ken Vong bildirdi.
Öz növbəsində, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb.
Rüfət Məmmədov sinqapurlu iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Qeyd edək ki, forumda hər iki tərəfdən İKT, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metallurgiya, elektroenergetika, beton hazırlama avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
Ülviyyə R. Əli