Bu gün Azərbaycan-Qazaxıstan İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Bakıda keçirilən 12-ci iclası çərçivəsində “Azərbaycan Hökuməti və Qazaxıstan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokol imzalanıb.
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib.
Komitədən qeyd edilib ki, Protokolu Azərbaycan tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qazaxıstan tərəfindən isə bu ölkənin Azərbaycandakı səfiri Beybit İsabaev imzalayıb.
Ülviyyə R. Əli
www.oxu.az