Magistral qaz kəmərləri sahələrində təmir işləri havaların əlverişsiz olması səbəbindən təxirə salınıb.
Bu barədə Oxu.Az-a “Qaz İxrac” İdarəsindən məlumat verilib.
“Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq magistral qaz kəmərləri sahələrində 4 dekabr 2015-ci il tarixi üçün həyata keçirilməsi nəzərdə tutulan və qaz təchizatında dayanmalara səbəb ola biləcək işlər müvəqqəti olaraq təxirə salınıb”, - deyə məlumatda bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az