Rusiya ilə Azərbaycan tez xarab olan məhsulların tədarükü ilə bağlı “yaşıl dəhliz” yaratmaq niyyətindədir.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Federal Gömrük Xidməti Misir, İordaniya və Türkiyəyə bu ölkələrdən Rusiya Federasiyasına saxlama müddəti az olan malların, meyvə və tərəvəzlərin çatdırılması üçün “yaşıl dəhliz” təklif edib.
Bu barədə Federasiya Şurasında hökumət saatında çıxış edən xidmət rəhbəri Andrey Belyaninov bildirib.
“Biz Misir, İordaniya, Türkiyəyə getmişik. Saxlama müddəti az olan mallar, meyvə və tərəvəzlərin çatdırılması üçün “yaşıl” dəhliz təklif etdik. Eləcə də Azərbaycandan olan həmkarlarımızla da danışıqlar aparmışıq” - deyə, Andrey Belyaninov bildirib.