“Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik”.
Bu fikir prezident İlham Əliyevin pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş çıxışından götürülüb.
Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən hazırlanan “Xarici ticarətin vəziyyəti haqqında arayış”a görə, 2016-cı ildə pambıq ipliyi ixracatından 18 milyon 13 min 28 dollar gəlir əldə edilib”.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.
“Bu, o deməkdir ki, ötən il 9 min 362 ton pambıq ipliyi ixrac olunub. Beləliklə də, 1 ton pambıq ipliyi ixracatından 1924 dollar, 1 kiloqram da təxminən 2 dollar valyuta gəliri əldə olunub.
Bununla yanaşı, onu da qeyd edək ki, 2017-ci ilin ilk 2 ayı ərzində 1027 ton və ya 2 milyon 373 min dollarlıq pambıq ipliyi ixracata göndərilib.
Bunu da nəzərə alanda məlum olur ki, ötən il istehsal olunmuş pambıqdan alınan ipliyin 10 min 390 tonu ixrac olunub.
Dövlət Statistika Komitəsinin ötən ilin yekunlarına dair məlumatından məlum olur ki, il ərzində cəmisi 19,4 min ton pambıq iplik istehsal olunub.
2017-ci ilin yanvar-fevral ayına olan digər məlumata görə, əlavə olaraq 2,5 min ton pambıq ipliyi də cari ilin mart ayının 1-ə qədər istehsal olunub. Onu əlavə edəndə ötən illə birlikdə bu ilin martın 1-ə olan cəmi pambıq ipliyi istehsalı 22 min tona çatır.
Bu isə o deməkdir ki, ötən il istehsal olunmuş pambıq ipliyinin yarısından da az hissəsi ixrac olunub.
Belə çıxır ki, 10 min tona qədər pambıq ipliyi ya anbarlarda saxlanılır, ya da daxildə hazır məhsul istehsalına yönəldilir. İnanmaq çətindir”.
U.A.
www.oxu.az