Rəqqasə Fatimə Fətəliyevaya avtomobil hədiyyə olunub.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, məşhurun həyat yoldaşı gecə saatlarında ona sürpriz edib.
O, Fatiməyə avtomobil alıb. İşçiləri və muğam ifaçısı Zenfira İbrahimova rəqqasəni yaşadığı binanın qarajına çağırıb və avtomobili təqdim ediblər. Həmin an lentə alınaraq sosial şəbəkədə təqdim olunub.
“Lexus 350- 2017”-nin sadə modeli Bakıda 58 min dollara (100 min AZN) satılır.
Qeyd edək ki, rəqqasə bir müddət əvvəl avtomobilini sataraq öz biznesini genişləndirmişdi.
A.S.
www.oxu.az