Azərbaycanın qaz operatoru SOCAR (Azərbaycan Dövlət Neft şirkəti) şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) bütün ölkə ərazisində abunəçilərin 100%-nin sayğaclarla təmin olunmasına nail olub.
Oxu.Az Day.az-a istinadən bildirir ki, bu haqda, aprel ayının 10-da respublika ərazisində istehlakçılara qaz satışı və qazın verilməsi ilə məşğul olan “Azəriqaz” İB-dən xəbər verilib.
“1 aprelə olan məlumata görə istehlakçıların qaz sayğacları ilə təmin edilməsində 100% göstəricisinə nail olunub. Bu paytaxtla yanaşı, ölkənin digər regionlarına da aiddir”, - İB qeyd edib.
“Azəriqaz”da deyildiyi kimi istehlakçıların sayğaclarla təmin edilməsi, abunəçilərin sayı artıdqca həyata keçiriləcək.
2014-cü il aprel ayının 1-nə olan məlumata görə, “Azəriqaz” abunəçilərinin sayı 1 685 000 nəfərdən ibarət olub.
Qaz abunəçilərinin ümumi sayının 713 456 abunəçisi paytaxtın payına, qalanı isə ölkənin digər regionlarına aiddir.