Bu il iyulun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1.7% artaraq 820.9 min olub.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, 6 ay ərzində aktiv Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayı 5.2% artaraq 55.6 minə, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4% artaraq 226.1 minə çatıb.
