Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 18-ə olan USD/AZN məzənnəni açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi noyabrın 18-də 1,7091 manat səviyyəsində müəyyən olunub. Bu isə məzənnənin 0,31% bahalaşması deməkdir.
Qeyd edək ki, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimumdur. Belə ki, bundan öncə dolların məzənnəsində yeni tarixi rekord noyabrın 16-da olub. Bu zaman USD/AZN məzənnəsi 1,7039 olub.
U.A.
www.oxu.az