Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıdadır.
Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, hazırda aktrisa Xəzər Universitetində qonaqdır.
Qeyd edək ki, Türkan Şoraya Avrasiya Akademiyasının fəxri üzvü diplomu və Avrasiya Akademiyasının “Avrasiya əfsanəsi” mükafatı veriləcək. O, Avrasiya Akademiyasına üzv seçilən və “Avrasiya əfsanəsi”nə layiq görülən ilk qadındır.
Türkan Şoray jurnalistlərə açıqlamasında vətənimizə gəlməkdən şad olduğunu deyib:
“Yenidən Bakıda olduğum üçün çox sevincliyəm. Bizi yalnız buraxmadığı üçün sevənlərimə təşəkkür edirəm. Qardaş, dost ölkədə üçüncü dəfə olmaqdan çox xoşbəxtəm. İnsanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir. Azərbaycanlıları çox sevirəm”.
Xəzər Universitetində Türkan Şorayın şərəfinə görüş keçirilib. Tədbirdə Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, Sabir Rüstəmxanlı, Rasim Balayev, Ramiz Rövşən, Fidan Hacıyeva, Ramiz Quliyev və başqaları iştirak edir.
14:45
Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıdadır.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, aktrisa Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib.
Aktrisa ilə birgə məşhur fransalı aktyor, rejissor və ssenarist Robert Hossein paytaxtın qonağıdır.
Onlara Avrasiya Akademiyasının üzvlük diplomu və Avrasiya Akademiyasının “Avrasiya əfsanəsi” mükafatı veriləcək.
Qeyd edək ki, Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və “Avrasiya Əfsanəsi”nə layiq görülən ilk qadındır.
Xatırladaq ki, aktrisanın Bakıda Yunis Əmrə İnstitutu ilə görüşünün ləğv edilməsi barədə xəbər yayılmışdı.
A.S.
www.oxu.az