Nazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənən “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda əksini tapan “Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər”də sərt məhdudiyyətlər yer alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Tələblərə əsasən, balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır:
- hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;
- lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;
- bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.
Ovuna icazə verilən balıq və su onurğasızlarının minimum ölçüləri (santimetrlə) aşağıdakı kimidir:
| Sıf | 43 |
| Çəki | 40 |
| Çapaq | 26 |
| Külmə | 17 |
| Qarasol | 17 |
| Xəşəm
| 41 |
| Kütüm | 35 |
| Kefal | 24 |
| Şamayı | 19 |
| Şirbit | 52 |
| Qarabel siyənək | 20 |
| Şişqarın siyənək | 14 |
| Xramulya | 24 |
| Xərçəng | 10 |
| Krevet | 5 |
Aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır:
|
| Qadağanın qüvvədə olduğu müddət intervalı |
|---|---|
| Xəzər dənizi |
|
| Şabran limanında | 1 yanvar -15 iyun |
| Körpə balıqların buraxılışı zamanı Şirvan Nərəbalıqartırma Zavodunun nohurlarından Baş Şirvan Kollektorunun mənsəbinə kimi sahədə | 1 iyun - 20 iyul |
| Kür çayı |
|
| Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə | 1 - 30 aprel |
| Çay ilə əlaqəsi olan su hövzələrində | 1 may - 30 iyun |
| Xəzər dənizinə axan bütün çaylarda | 1 may - 30 iyun |
| Krevetlərin kürüləmə müddətində | 1 iyun - 1 iyul |
| Şabran limanının Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə | 1 yanvar -15 avqust |
| Xərçəng ovu | 1 aprel - 31 oktyabr |
Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
- gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
- gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
- balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq,balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir).
E.Ə.
www.oxu.az