Zığ-Hava limanı avtomobil yolunda təmir işləri aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədə yazıb.
O bildirib ki, bir müddət sözügedən yolda təmir işləri görüləcək.
Profilaktik təmir işlərinin görüldüyü bir zolaq üzrə hərəkət hissə-hissə məhdudlaşdırılaraq, digər boş qalacaq zolaqlara yönəldiləcək.
Sürücülərin sözügedən yoldan istifadəsi zamanı diqqətli olmaları, profilaktik təmir işləri ilə əlaqədar olaraq quraşdırılan müvəqqəti yol nişanlarına və sürət həddinə əməl etmələri tövsiyə olunur.
E.Ə.
www.oxu.az