2015-ci ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri 20,9% bahalaşıb, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 24,0% emal sənayesi üzrə isə 5,3% ucuzlaşıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, 2015-ci ilin yanvar ayında xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətlərində 24,1% ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,4% bahalaşma müşahidə olunub, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə sabit qalıb.
Müvafiq dövrdə kimya sənayesində istehsal qiymətləri 9,4%, neft məhsullarının istehsalı 8,8%, elektrik avadanlıqlarının istehsalı 7,8%, qida məhsullarının istehsalı 3,9%, mebel istehsalı 1,6%, tütün məmulatlarının istehsalı 1,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,9%, içki istehsalı üzrə 0,6%, tikinti məmulatlarının istehsalı üzrə 0,3%, geyim istehsalı üzrə 0,1% ucuzlaşıb, toxuculuq sənayesi 3,0%, metallurgiya sənayesi 1,5%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5%, poliqrafiya fəaliyyəti üzrə 0,3%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.
Qeyd edək ki, ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
www.oxu.az