Bakıdakı həbsxanada cəza çəkən məhkuma gətirilən sovqatda dərman tapılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Oxu.Az-a verilən məlumata görə, əməliyyat qurum əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, məhkum Rafiq Məşədi oğlu Mövsümova Tovuz rayon sakini Əsəd Məsim oğlu Fərzəliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Keçirilən əməliyyat zamanı çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 30 ədəd “Tramadol” həbi aşkar edilərək götürülüb.
Qeyd edək ki, Rafiq Məşədi oğlu Mövsümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1,29; 120.2.7 və 66.3 maddələrinə əsasən 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
E.Ə.
www.oxu.az