Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda nazir özünə dörd müşavir axtarır
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə dörd müşavir seçmək üçün daxili müsahibə elan edib.
Oxu.Az-ın məlumatına görə, nazirin müvafiq əmri qurumun rəsmi saytında dərc olunub.
Ümumilikdə nazirliyin aparatına, şəhər və rayon təşkilatlarında boş qalan 217 yüksək vəzifə üzrə müsahibə elan olunub.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı üzrə 36 yer, Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə 26 yer, Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatı və rayon (şəhər) şöbələri üzrə 101 yer, Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Aparatı və rayon (şəhər) Məşğulluq Mərkəzləri üzrə 54 boş qalan yerə müsahibə keçirilir. Vakant yerlərə şöbə müdiri, rəis, baş mütəxəssis kimi vəzifələr daxildir.
Vakansiyalar haqqında ətraflı məlumat üçün bu linkə keçid edin.
İlhamə Abdullayeva
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı anlar: Qazaxıstan FHN yeni ağır kadrlar paylaşdı
- Aktauda aviasiya qəzası: AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanı niyə məhz Qazaxıstan aparmalıdır?
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Prezident İlham Əliyev Liviya liderini təbrik edib
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"