Hal-hazırda dünya bazarlarında neftin qiyməti bir barel üçün 37 dollardan ucuzdur. Və Azərbaycanda bir çoxlarını “ölkə üçün hansı qiymətin qırmızı xətt” olduğu maraqlandırır.
Oxu.Az xəbər verir ki, Caspian Barrel Neft Tədqiqatları Mərkəzi Azərbaycanın əsas neft istehsalatçıları üçün bu “qırmızı xətti” müəyyən edib.
Qeyd edək ki, neftin və kondensantın ölkədə əsas istehsalçısı “ВР-Azerbaijan” şirkətidir. O, cari ildə 31 milyon ton neft və 2,3 milyon ton kondensat (Azərbaycanda “qara qızılın” ümumi istehsalının 80,6%-i) istehsal etməyi planlayır.
Neft dairələrindən alınan məlumata görə, “ВР-Azerbaijan”ın sahil terminalında əmtəə xammalının hasil edilməsinin maya dəyəri bir barel üçün 6 dollardan ibarət olacaq Bakı-Supsa boru kəməri ilə neftin nəqli bir barel üçün 2 dollardan bir qədər artıq məbləğə başa gəlir. Amma bu boru kəməri ilə bazara yalnız “erkən neft” çıxarılır, onun hasilatı “Çıraq” yatağında (ildə 4 milyon ton) həyata keçirilir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftinin maya dəyərinə gəldikdə isə SOCAR-ın 2015-ci ilin yanvar ayının 1-nə olan audit hesabatına görə, hasil edilmiş neftin 1 tonu 91,63 manata və ya 116,81 dollara başa gəlirdi. Barellərdə isə qiymət 16 dollardan ibarətdir.
SOCAR hasil edilən nefti əsasən H.Əliyev adına neft emalı zavoduna göndərir. 1 milyon tondan bir qədər artıq nefti SOCAR Bakı-Novorossiysk boru kəməri ilə ixraca göndərir, burada nəqliyyat xərcləri 1 barel üçün 3,5 dollardan artıq olmur.
Qeyd edək ki, 2014-cü ilin yekunlarına görə, Azərbaycanda 41,9 milyon ton neft hasil edilib. Cari ildə 41,3 milyon ton, 2016-cı ildə isə hökumətin proqnozlarına uyğun olaraq 40,7 milyon ton neftin hasil olunacağı gözlənilir.