Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı iki milyard manatlıq öhdəlik götürür
"Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı iki milyard manatlıq öhdəlik götürür".
"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.
"Bu vəsait dayanıqlı və yaşıl layihələrin həyata keçirilməsinə yönəldiləcək", - deyə o qeyd edib.
Xatırladaq ki, Dünya Bankının məlumatına görə, 2060-cı ilə qədər Azərbaycanın karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq üçün təxminən 44 milyard ABŞ dolları tələb olunacaq və bu investisiyanın bir hissəsinin özəl sektordan, o cümlədən banklardan gəlməsi gözlənilir.
Z.Nuriyev deyib ki, Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun tənzimləyicisi kimi 2023-2026-cı illər üçün Dayanıqlı Maliyyə Yol Xəritəsini qəbul etməklə artıq fəal addımlar atıb:
"Bu yol xəritəsi bank sektorunun davamlı maliyyəyə keçidi üçün strateji baxış təqdim edir".
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"