Cari ilin aprel ayında ölkə enerji sistemində 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin ötən 4 ayı ərzində isə 8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
Gülnarə Zeynalova
www.oxu.az