Energetika naziri Natiq Əliyev “Azərenerji” ASC-də maaşların gecikdirilməsi məsələsinə aydınlıq gətirib.
Onun sözlərinə görə, adıçəkilən qurumun maaşlarının verilməsi məsələsi “Azərişıq”dan asılıdır:
“Bilirsiz, “Azərenerji”nin fəaliyyəti ondan ibarətdir ki, elektrik enerjisinin vəsaitləri vaxtı-vaxtında ona gəlib çatmır. Onun yığımları hələ də “Azərişıq”dan asılıdır”.
““Azərişıq” bu gün elektrik enerjisinin pulunu yığır, sonra isə bunu “Azərenerji”yə köçürür. “Azərenerji” isə bu vəsaitləri işçilərin maaşına, nəqliyyat və digər xərclərə istifadə edir. Bu, zəncirvari bir məsələdir. “Azərişıq” vaxtı-vaxtında, tam şəkildə “Azərenerji”yə pulunu ödəyirsə, burda heç bir problem olmur, ancaq yenə deyirəm, gecikmələr olur” - deyə, nazir əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az