Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Braziliya parlamentinin komissiyası ölkə başçısına bəraət qazandırdı
Braziliya parlamentinin komissiyası ölkə prezidenti Dilma Rousseffin və onun sələfi Lusi İnasiu Lula da Silvanın neft-qaz şirkəti Petrobrasda rüşvətxorluq hadisələrinə aidiyyatı olmasına dair dəlil tapmayıb.
Oxu.Az “Komersant”a istinadən xəbər verir ki, bu barədə çıxarışlar deputat Luzi Serjiunun təqdim etdiyi məruzədə yer alıb.
“Əhali tərəfindən nəzərə çarpmayan faktı vurğulamaq vacibdir: şahidlər (rüşvətxorluq sxemində) Petrobrasın sabiq prezidentləri Joze Serjiu Qabriellinin və Qras Fosterin, eləcə də dövlət müşavirlərinin və dövlət başçısı Dilma Rousseffin bu məsələyə aidiyyatı olduğunu bildirməyiblər. Bundan başqa, parlament komissiyalarının aktlarında prezident Dilmanın və ya sabiq prezident Lulanın bu işə aidiyyatına dair dəlillər yoxdur”, məruzədə deyilir.
Xatırladaq ki, Venesuela prezidenti Nikolas Maduro Boliviyadan olan həmkarı Evo Morales ilə Braziliyada dövlət çevrilişinin qarşısını almaq barədə razılaşmasını bəyan etmişdi.
Braziliyanın federal hesablama məhkəməsi bəyan edib ki, ölkə hökumətinin 2014-cü ildə maliyyə hesabatı, seçkilərə hazırlıq və dövlət banklarından büdcə çatışmazlığını örtmək üçün alınmış sanksiyalaşdırılmamış kreditlərin alınması etibarsızdır. Bu qərar parlamentə prezident Dilma Rousseffin impiçment prosedurunu başlamağa imkan verir.