“Azərenerji” ASC-nin Dövlət neft Şirkətinə (SOCAR) olan borcunun məbləği böyük idi.
2015-ci ilin yanvar ayının 1-nə qurumun şirkətə 4,6 milyon manat borcu var idi ki, bu borc manatın güclü vaxtında dollarla ifadə olunurdu.
Keçən ilin dekabr ayında biz uzunmüddətli çəkişmə və mübahisələrimizi Ali Məhkəmə səviyyəsində həll etdik.
Sonra isə Nazirlər Kabinetinin sərəncamından sonra, bu borc tam bağlanılıb.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Süleyman Qasımov “Caspian European” Klubun təşkil etdiyi biznes forum çərçivəsində jurnalistlərə deyib.
“Bundan sonra, 314 milyon manat yeni borc yaranıb. Son 3 ayda isə borcun məbləği 30 milyon manatadək artıb. Bununla da “Azərenerji” nin SOCAR-a ümumilikdə 350 milyon manat yeni borcu yaranıb”, - deyə S.Qasımov qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az