Yevlax rayonunun Gülövşə kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Qurum bildirir ki, 353 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 39761 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 353 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ülviyyə R. Əli
www.oxu.az