“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev qurumun SOCAR-ın “Azəriqaz” İB-ə olan borcundan danışıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, R.Əliyev bildirib ki, borc hər gün yaranmaqda davam edir:
“Nə qədər ki, hər gün isti su rejimində işləyən qazanxanalarımız var, bunlar işlədikcə, borc da artır. Biz bu məsələlərlə bu gün yox, dünən yox, həmişə məşğuluq. Çalışırıq ki, məsələlər öz həllini tapsın”.
Qeyd edək ki, bundan öncə “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev APA-ya bildirmişdi ki, cari ilin 9 ayı ərzində “Azəristiliktəchizat” ASC-nin İB qarşısında əlavə olaraq 8 milyon 416 min manat həcmində debitor borcu yaranıb.
U.A.
www.oxu.az