Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il və 17 mart 2017-ci il tarixli sərəncamlarına asasan "Azərsu" ASC-yə 149,5 mln. manat məbləğində subsidiya ayrılıb.
Oxu.Az "Azərsu" ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, 149,5 mln. manat subsidiya cari infrastruktur layihələrinin tikintisinə yönəldilib.
Bundan əlavə eyni sərəncamla ASC-yə su təchizatı sisteminin təkmilləşdirilməsi üçün 14 mln. manat ayrılıb.
L.Ə.