Ötən il iyulun 15-də "Azərsu" ASC Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə 239 mln. 720 min manat məbləğində dövlət zəmanəti əsasında kredit razılaşmasını imzalayıb.
Oxu.Az "Azərsu" ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il dekabrın 31-də "Azərsu" ASC cari infrastruktur layihələrinin maliyyələşməsi üçün bu kreditin tam məbləğində vəsait yönəldib. Kredit razılaşması əsasında faiz dərəcəsi illik 1% təşkil edib.
L.Ə.