Milli su operatoru “Azərsu” ASC Azərbaycanın qərb regionunda kompleks tədris proqramı açıb.
Oxu.Az ABC-yə istinadən xəbər verir ki, operatorun məlumatına əsasən, “Azərsu” ASC-nin istismar üzrə sədr müavini Köçərli Həsənov şirkətin prioritetləri arasında müasir texnologiyaların, innovasiyaların və dünya təcrübəsinin tətbiqini qeyd edib.
“ASC-nin kadrlarının peşəkar səviyyəsinin yüksəldilməsi üçün Bakıda yeni tədris mərkəzinin tikintisi aparılır, mərkəz cari ilin sonuna qədər işə başlayacaq”, - K.Həsənov deyib.
Bəyanat Gəncədə tədris proqramının açılışı zamanı edilib.