“Azərsu” ASC avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru üzrə işçi axtarır.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Xatırladaq ki, bu vəzifələr Ağsu, Göyçay, Qobustan, Şamaxı və İsmayıllı rayon sukanal idarələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, adıçəkilən vəzifələr ilə maraqlananlar şəxsi məlumatlarını (CV) müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə martın 3-dək hr@azersu.az ünvanına göndərə bilərlər.