Cari ilin 10 ayında Azərbaycandan 490.5 min tondan çox azot gübrəsi ixrac edilib ki, onun ümumi məbləği 153 milyon dollar təşkil edib.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 49.8 faiz və ya 50.8 milyon dollar, həcm üzrə isə 8 faiz və ya 36.4 min ton artım deməkdir.
Bu ilin yanvar-oktyabr aylarında gübrənin ümumi ixracdakı payı 0.71 faiz, qeyri-neft məhsullarının ixracındakı xüsusi çəkisi isə 5.12 faiz olub.