Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bağlanan bankların əmlakları satışda
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Atrabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Royalbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarıb.
Oxu.Az xəbər verir ki, 20 lot üzrə əmlak birinci dəfə, doqquz lot üzrə dördüncü dəfə hərraca çıxarılır.
Qeyd edək ki, hərrac 3 sentyabr 2018-ci il tarixində keçiriləcək. Hərraca səkkiz ədəd bankomat, iki ədəd generator, doqquz ədəd inkasator maşını, Bakıda bir ədəd qeyri-yaşayış sahəsi, bir ədəd minik avtomobili, altı lot üzrə kompüter və rabitə avadanlığı, bir lot üzrə mebel və texniki avadanlıq, bir lot üzrə 60 ədəd POS-terminal təqdim edilib.
Fonddan bildirilir ki, Əmanətlərin Sığortalanması Fondunun Xammal və Əmtəə Birjası vasitəsilə keçirilən hərraclarda ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dekabank” ASC və “Royalbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı satılıb.
Sadalanan ləğv prosesində olan banklara məxsus 17 avtomobil, beş ədəd bankomat, pul sayan və pul presləyən avadanlıqlar, dörd lot üzrə 340 ədəd mebel və texniki avadanlıq, generator, Bakıda fərdi ev, Qubada qeyri-yaşayış sahəsi və İsmayıllı rayonunda torpaq sahəsi satılıb.
L.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR