“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Minsk-Bakı reysinə xüsusi aksiya həyata keçirir.
Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.
Qeyd edək ki, aksiya ilə əlaqədar Bakı-Minsk-Bakı istiqamətindəki uçuşların qiyməti 315 avro təşkil edir.
Bundan əvvəl Bakıdan Minskə gedib-gəlmək 367 avroya təklif olunurdu.
Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.
Məlumatda qeyd olunur ki, maksimal qalma müddəti bir aydır, yerlər məhdud ola bilər.
Xatırladaq ki, AZAL-dan Oxu.Az-a bildirdilər ki, aksiya ilə bağlı məlumat sistemə salınmadığından, aksiyanın davam edəcəyi müddət ilə bağlı informasiya sabah ictimaiyyətə açıqlanacaq.