Aprelin 8-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və emal üzrə vitse-prezidenti Davud Məmmədov Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda olub, katalitik riforminq və koks qurğularının təmir olunub istismara buraxılması ilə maraqlanıb, məsləhətlərini veriblər.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Heydər Əliyev adına BNEZ-in katalitik riforminq qurğusunda təmir işlərinin aparılmasında məqsəd qurğunun bəzi bölmələrinin iş rejiminin tam gücü ilə bərpasına nail olmaq idi.
10 gün davam edən təmirdən sonra qurğu artıq rejimə çıxıb. Təmir başa çatdıqdan, qurğunun kipliyi və möhkəmliyi yoxlanıldıqdan sonra, 1-ci axın reqlamentə uyğun olaraq işə buraxılıb. Hazırda bu qurğu normal rejimdə istismardadır.
Yüksək oktanlı benzin istehsal edən katalitik krekinq qurğusunda isə əsaslı təmir işləri davam etdirilir.
Gülnarə Zeynalova
www.oxu.az