Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizinin Türkiyə sahəsi iyunun sonuna hazır olacaq.
Oxu.Az haberturk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Əhməd Arslan açıqlayıb.
Nazirin sözlərinə görə, işlərin layihə üzrə tamamlanmasına artıq az qalıb:
“Layihə yalnız Türkiyə üçün deyil dünya üçün çox əhəmiyyətlidir. Avropadan Asiyaya xüsusilə “Tək yol” layihəsi hesab edilir. Bu xətt yalnız Türkiyə üçün deyil Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Çin də daxil olmaqla Orta Asiya üçün əhəmiyyətlidir. Dəmir yolu xətti eyni zamanda Avropa ilə mütəmadi yük daşınmasını təmin edəcək. Bunu nəzərə alsaq layihə Avropa üçün də eyni dərəcədə əhəmiyyət daşıyır".
Məlumat üçün bildirək ki, dəmir yolu xəttinin 79 kilometri Türkiyə, 26 kilometri isə Gürcüstanın ərazisinə düşür.
L.Ə.