2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar, Bakı-Ələt yolunun 4-6 kilometrlik hissəsində bağlantı avtomobil yollarının tikinti işləri davam edir.
Bu barədə Oxu.Az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
“Altı bağlantılı yolun uzunluğu 5 711 metr təşkil edir. Onlardan dördü 4 hərəkət zolaqlı, biri 3 hərəkət zolaqlı, digəri isə 6 hərəkət zolaqlıdır. Eyni zamanda, bağlantıların birində avtomobillərin park edilməsi üçün yer nəzərdə tutulub. Yolboyu kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidləri də tikilib”, - deyə P.Mürsəliyev qeyd edib.
Qeyd edək ki, bağlantı yolları su oyunları keçiriləcək arenada nəqliyyat vasitələrinin rahat giriş-çıxışını təmin etmək məqsədilə tikilir.