Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşları qəbulu qrafiki elan olunub.
Oxu.Az həmin siyahını təqdim edir:
Qərib Məmmədov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - 9 yanvar, Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.
Mikayıl Cabbarov, Təhsil naziri - 12 yanvar, Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək.
Şahin Mustafayev, İqtisadiyyat və sənaye naziri - 16 yanvar, Neftçala rayonunda vətəndaşları qəbul edəcək.
Fikrət Məmmədov, Ədliyyə naziri - 22 yanvar, Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək.
Əbülfəs Qarayev, Mədəniyyət və turizm naziri - 22 yanvar, Şabran rayonunda vətəndaşları qəbul edəcək.
Oqtay Şirəliyev, Səhiyyə naziri - 22 yanvar, Saatlı rayonunda vətəndaşları qəbul edəcək.
Elman Mehdiyev, Dövlət Sosial Müdafiə Fondunun sədri - 22 yanvar, Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək.
Arzu Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - 22 yanvar, Quba rayonunda vətəndaşları qəbul edəcək.
Hüseynqulu Bağırov, Ekologiya və təbii sərvətlər naziri - 23 yanvar Sabirabad rayonunda vətəndaşları qəbul edəcək.
Heydər Əsədov, Kənd təsərrüfatı naziri - 23 yanvar, Göyçay rayonunda vətəndaşları qəbul edəcək.
Hicran Hüseynova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - 23 yanvar, Göygöl rayonunda vətəndaşları qəbul edəcək.
Aydın Əliyev, Dövlət Gömrük Komitəsinin sədri - 23 yanvar, Neftçala rayonunda vətəndaşları qəbul edəcək.
Azad Rəhimov, Gənclər və idman naziri - 27 yanvar, Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri - 27 yanvar, Abşeron rayonunda vətəndaşları qəbul edəcək.
Səlim Müslümov, Əmək və əhalinin sosial müdafiəsi naziri - 30 yanvar, Abşeron rayonunda vətəndaşları qəbul edəcək.
Kəmaləddin Heydərov, Fövqəladə hallar naziri - 30 yanvar, Füzuli rayonunda vətəndaşları qəbul edəcək.
Ziya Məmmədov, Nəqliyyat naziri - 30 yanvar, Bərdə rayonunda vətəndaşları qəbul edəcək.
Əli Abbasov, Rabitə və yüksək texnologiyalar naziri - 30 yanvar, Şirvan rayonunda vətəndaşları qəbul edəcək.
Məleykə Abbaszadə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri - 30 yanvar, Zərdab rayonunda vətəndaşları qəbul edəcək.
Kərəm Həsənov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri - 31 yanvar, Qusar rayonunda vətəndaşları qəbul edəcək.
Qeyd: Vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.