Bakıda Cavadxan küçəsinin Tbilisi prospektindən 3-cü mikrorayon dairəsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata əsasən, sürücülərə alternativ olaraq Rövşən Cəfərov küçəsindən istifadə etmələri tövsiyə olunur.